Bank Of Baku

Əjdər Tağızadə: “Müğənni İlhamə Quliyevanın dedikləri DAK-da ciddi qəbul oluna bilməz”

Əjdər Tağızadə: “Müğənni İlhamə Quliyevanın dedikləri DAK-da ciddi qəbul oluna bilməz”
# 24 aprel 2008 11:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Qulamrza Səbri Təbrizinin və Sabir Rüstəmxanlının DAK sədri kimi fəaliyyətinin əsassız olması haqda fikirlər həqiqətə uyğun deyil. Müğənni İlhamə Quliyevanın bu barədə dedikləri isə DAK-da, ümumiyyətlə, ciddi qəbul oluna bilməz”. Bu sözləri APA-ya açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvü Əjdər Tağızadə deyib. O bildirib ki, qurumun Nizamnaməsinə görə, İdarə Heyətini qurultay, sədri isə İH seçir: “Cavad Derəxti doqquzuncu qurultayda seçilmədi, Qulamrza Səbri Təbrizi isə İdarə Heyətinin fevralda keçirilən yığıncağında sədr vəzifəsindən uzaqlaşdırıldı və Sabir Rüstəmxanlı bu posta seçildi. İlhamə Quliyevanın və onunla həmfikir olan bir-iki nəfərin Əjdər Tağızadəni qruplaşma rəhbəri kimi təqdim etməsi düzgün deyil”. O, İ. Quliyevanın DAK-da heç bir vəzifə tutmadığını da söyləyib: “DAK-ın Mədəniyyət Akademiyası adlı törəmə qurumu yoxdur. Ümumiyyətlə, belə məsələlərdə diqqətli olmaq daha məqsədəuyğundur. Azərbaycan hökumətinin məsələyə münasibət bildirməsini tələb edənlərə isə demək istəyirəm ki, bir həftə öncə Sabir Rüstəmxanlı, İdarə Heyətinin üzvü Adil Minbaşı və mən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşdük və diaspora təşkilatlarının fəaliyyətinə dair fikir mübadiləsi apardıq”. Ə. Tağızadə DAK-ın sənədlərində saxtakarlıq olduğu haqda iddiaları da rədd edib: “Aprelin 23-də İdarə Heyətinin fevralda keçirilən toplantısının protokolu İsveç vergi qurumu tərəfindən qeydiyyata alındı və Sabir Rüstəmxanlı təşkilatın sədri kimi tanındı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR