Bank Of Baku

Müsavat Partiyasının müraciəti Bakı Şəhər İcra Hakimiyyətində araşdırılır

Müsavat Partiyasının müraciəti Bakı Şəhər İcra Hakimiyyətində araşdırılır
# 24 aprel 2008 11:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyasının mayın 4-də mitinq keçirməklə bağlı müraciəti Bakı Şəhər İcra Hakimiyyətinə daxil olub və hazırda araşdırılır. İH-nin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, müraciətə qanunda nəzərdə tutulmuş müddətdə cavab veriləcək. O, aksiyanın keçirilməsinə razılıq verilib-verilməyəcəyi ilə bağlı əvvəlcədən hər hansı söz deyə bilməyəcəyini söyləyib. Demokratik Seçki Mərkəzinin mayın 12-nə təyin etdiyi aksiyaya gəldikdə, Z. Ramazanov bu barədə hər hansı müraciət almadıqlarını deyib.
Xatırladaq ki, Müsavat Partiyası şəhər rəhbərliyinə göndərdiyi müraciətdə kütləvi aksiya üçün keçmiş “Qələbə” kinoteatrının, “Nərimanov” kinoteatrının qarşısındakı meydanların və ya Ukrayna dairəsindəki meydanın ayrılmasını xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR