Bank Of Baku

QAT Şuşanın işğalı günü Azərbaycan-İsrail Dostluq Xiyabanının açılış mərasiminin keçirilməsini pisləyən bəyanat yayıb

QAT Şuşanın işğalı günü Azərbaycan-İsrail Dostluq Xiyabanının açılış mərasiminin keçirilməsini pisləyən bəyanat yayıb
# 24 aprel 2008 12:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) mayın 8-də Bakıda Azərbaycan-İsrail dostluğunun rəmzi olan Dostluq Xiyabanının açılış mərasiminin keçirilməsi ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda 8 may tarixinin Şuşanın işğalı günü olduğu diqqətə çatdırılıb və bu gün hər hansı bayram təbirinin keçirilməsinin yolverilməz olduğu qeyd olunub: “Təşkilat belə bir tədbirin keçirilməsini şəhidlərimizə qarşı hörmətsizlik kimi dəyərləndirir və tədbirin vaxtının dəyişdirilməsini tələb edir. Əks təqdirdə, QAT mərasimin qarşısını almaq üçün həmin gün bu xiyabanda aksiya keçirəcək və mərasimin baş tutmaması üçün bütün imkanlarından istifadə edəcək”.
Qeyd edək ki, 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri Azərbaycan qədim şəhəri Şuşanı işğal edib. İşğal zamanı 400 mülki şəxs qətlə yetirilib, 600 nəfər yaralanıb, 20 mindən artıq əhali isə məcburi köçkün vəziyyətinə düşüb. İşğal nəticəsində azərbaycanlılara məxsus 279 tarixi abidə, 44 məktəb və digər mədəni abidələr isə dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR