Bank Of Baku

AMİP Siyasi Şurası partiyanın yeni qurultayının tarixini yaxın günlərdə müəyyənləşdirəcək

AMİP Siyasi Şurası partiyanın yeni qurultayının tarixini yaxın günlərdə müəyyənləşdirəcək
# 24 aprel 2008 12:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) növbədənkənar qurultayının yeni vaxtını Siyasi Şurasının bu günlərdə keçiriləcək iclasında müəyyənləşdirəcək. Bu barədə APA-ya partiyanın sədr əvəzi, baş katibi Fuad Muxtarov məlumat verib. Onun sözlərinə görə, partiya bu dəfə qurultay üçün yer ayrılması ilə bağlı dövlət qurumlarına müraciət etmək fikrində deyil: “Çünki dövlət qurumları mədəni şəkildə bizə yer ayırmaqdan imtina etdilər. Ona görə də biz bir neçə özəl yerə müraciət etmişik və onların cavabları bizim imkanlarla üst-üstə düşərsə, həmin yerlərin birində qurultay keçirəcəyik”. F. Muxtarov onu da qeyd edib ki, Rəşid Behbudov adına Mahnı Teatrının binasının aprelin 20-də qurultay keçirmək məqsədi ilə partiyaya ayrılması üçün Mədəniyyət və Turizm Nazirliyinə edilmiş müraciətə bu gün cavab gəlib. Cavab məktubu aprelin 18-də yazılsa da, AMİP-ə bu gün çatdırılıb. Nazirlik aprelin 20-də teatrın binasında Misir Ərəb Respublikasının mədəniyyət günlərinin keçiriləcəyini əsas gətirib və həmin yerin qurultay üçün ayrılmasını mümkünsüz sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR