Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyətində prezident seçkiləri vaxtı paytaxtda aksiyalar keçirmək üçün əlavə yerlərin ayrılması barədə müzakirələr aparılmayıb

Bakı Şəhər İcra Hakimiyyətində prezident seçkiləri vaxtı paytaxtda aksiyalar keçirmək üçün əlavə yerlərin ayrılması barədə müzakirələr aparılmayıb
# 24 aprel 2008 12:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Prezident seçkiləri vaxtı paytaxtda aksiyalar keçirmək üçün əlavə yerlərin ayrılması ilə bağlı hələlik Bakı Şəhər İcra Hakimiyyətində hər hansı müzakirə aparılmayıb”. Bu açıqlamanı APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov verib. Şöbə müdiri aksiyalar üçün ayrılmış yerlərin sayının artırılıb-artırılmayacağı ilə bağlı əvvəlcədən hər hansı fikir söyləməyin mümkünsüz olduğunu vurğulayıb. Onun sözlərinə görə, hələlik seçkilərə start verilmədiyindən bu məsələ gündəmdə deyil.
Z. Ramazanov bildirib ki, ötən seçkilər zamanı şəhər rəhbərliyi namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün qanunla qadağan edilməyən yerlərdə təyin olunmuş aksiyaların hamısına müsbət cavab verib. Onun sözlərinə görə, qanunla seçkilər zamanı təbliğat-təşviqat kampaniyası dövründə icra hakimiyyəti orqanları həm təşviqat materiallarının yerləşdirilməsi, həm də aksiyalar üçün müvafiq yerlər ayırırlar. O, hazırda şəhər rəhbərliyinin 3 yerdə yürüş, 4 yerdə mitinq keçirmək üçün müvafiq yerlər ayırdığını qeyd edib. Səbayel rayonu ərazisində “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionu, Nizami rayonunda Bakı Neft Emalı Zavodunun qarşısındakı meydan, Xətai rayonunda Ukrayna meydanı, Suraxanı rayonunda “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Tofiq İsmayılov adına stadionu mitinq üçün ayrılıb. Küçə yürüşlərinin keçirilməsi üçün isə metronun “Neftçilər” stansiyasının yanından başlayaraq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun qarşısındakı meydana qədər, “Həzi Aslanov” metro stansiyasının yanından başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə Ukrayna meydanınadək, Səttar Bəhlulzadə adına meydandan “Neftçi” İdman Sağlamlıq Mərkəzinin stadionunadək ərazilər nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR