Bank Of Baku

Qənirə Paşayeva Mixail Saakaşvili ilə görüşüb

Qənirə Paşayeva Mixail Saakaşvili ilə görüşüb
# 26 aprel 2008 13:51 (UTC +04:00)
Missiyanın tərkibində olan Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayevanın APA-ya verdiyi məlumata görə, missiyanın tərkibinə onunla yanaşı, AŞ PA-nın Gürcüstan üzrə həmməruzəçiləri Matyas Yorsi və Kastriat İslami, həmçinin Estoniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Andres Herkel də daxildir.
Q. Paşayeva deyib ki, missiyanın məqsədi parlament seçkiləri ərəfəsində Gürcüstandakı vəziyyəti dəyərləndirmək, müzakirələr aparmaqdır. Missiya üzvləri Avropa Şurası, ATƏT, Avropa İttifaqının Tiflisdəki missiyalarının rəhbərləri, spiker Nino Burcanadze, parlamentdə hakimiyyət və müxalifəti təmsil edən fraksiyalarla, Ombudsman, parlamentdə təmsil olmayan müxalifət partiyalarının nümayəndələri, Ali Məhkəmənin sədri, MSK sədri və Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüblər. Onlar beynəlxalq və yerli QHT-lərin nümayəndələrinin, həmçinin medianın iştirakı ilə keçirilən dəyirmi masalarda iştirak ediblər.
Səfərin sonunda AŞ PA missiyası mətbuat konfransı keçirib. Q. Paşayevanın sözlərinə görə, prezident Mixail Saakaşvili və spiker Nino Burcanadze ilə görüş zamanı mayın 21-də Gürcüstanda keçiriləcək parlament seçkiləri, seçkiqabağı ölkədəki vəziyyət, eyni zamanda Abxaziya və Cənubi Osetiya bölgələri ətrafında baş verən və son günlər daha da gərginləşən vəziyyət müzakirə olunub. Millət vəkili bildirib ki, həm spiker, həm də prezident beynəlxalq təşkilatların, Avropa Şurasının, GUAM-ın və digər təşkilatların Gürcüstanın ərazi bütövlüyünün, suverenliyinin bərpası istiqamətində göstərdikləri dəstəkdən razılıqlarını bildiriblər. Onlar vurğulayıblar ki, beynəlxalq təşkilatlar Abxaziya və Cənubi Osetiya münaqişələrinin müsbət həlli istiqamətində səylərini daha da artırmalıdır. Onlar Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə bağlı atdığı son addımla ölkədə vəziyyəti daha da gərginləşdiyini və BMT başda olmaqla beynəlxalq təşkilatların bu məsələyə diqqəti daha da artırmasının vacibliyini qeyd ediblər: “Görüşdə Gürcüstanın tələbi ilə BMT-nin Təhlükəsizlik Şurasında Abxaziya və Cənubi Osetiya ətrafında baş verən məsələlərin diqqət mərkəzində olması, müzakirəyə çıxarılması və real vəziyyət müzakirə olunub”.
Q. Paşayeva bildirib ki, seçkiöncəsi missiyanın üzvləri bəyan ediblər ki, Abxaziya və Cənubi Osetiya ətrafında son günlər vəziyyətin gərginləşməsi narahatlıq doğurur. Avropa Şurası Gürcüstan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və bölgədə gərginliyin artmasından narahatdır: “Missya üzvləri bildirdilər ki, Gürcüstan parlament seçkilərinin Avropa Şurasının standartlarına uyğun keçirilməsi istiqamətində verilən bir sıra tövsiyələri yerinə yetirməlidir. Avropa Şurası ümid edir ki, Gürcüstanda keçiriləcək bu seçki Avropa standartlarına uyğun azad, ədalətli və demokratik keçiriləcək”. Q. Paşayeva onu da əlavə edib ki, AŞ PA-nın 30-dan artıq müşahidəçisi seçkiləri izləyəcək və yay sessiyası çərçivəsində diqqət mərkəzində olacaq.
Qeyd edək ki, Q. Paşayeva səfər çərçivəsində dünən Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi prezidenti Mixail Saakaşvili ilə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR