Bank Of Baku

Açıq Cəmiyyət Partiyası Azərbaycanda keçiriləcək prezident seçkilərində hakim partiyanın namizədinin qalib gələcəyini düşünür

Açıq Cəmiyyət Partiyası Azərbaycanda keçiriləcək prezident seçkilərində hakim partiyanın namizədinin qalib gələcəyini düşünür
# 27 aprel 2008 10:03 (UTC +04:00)
Partiyanın sədri Akif Şahbazov APA-ya açıqlamasında bildirib ki, onların seçkilərdə iştirak etməsi ölkədə gedən proseslərdən və beynəlxalq aləmin bu seçkilərə münasibətindən asılı olacaq. A.Şahbazov seçkilərin demokratik keçirilməsi üçün normal şəraitin olacağı halda, partiyanın prosesdə iştirak edəcəyini bildirib. İndiki halda isə o, seçkilərə qatılmağın əhəmiyyətinin olmadığını qeyd edib: “Normal qaydada partiyaların seçkilərdə iştirakına şərait yoxdur. İndiki halda seçkilərin demokratik olacağı barədə fikir söyləmək olmaz. Bu baxımdan hər hansı partiyanın təkbaşına və ya ümumilikdə müxalifətin seçkilərə qatılmaması düzgün variantdır. Qələbəni yalnız xalqın dəstək verdiyi şəxs qazana bilər. Hansı müxalifət liderinin namizəd olacağından asılı olmayaraq, çoxları hakim partiyanın namizədinin qalib gələcəyini düşünür və mən də belə düşünürəm. Ona görə də nəticələri bəri başdan bəlli olan seçkilərdə görüntü yaratmağa ehtiyac yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR