Bank Of Baku

ABŞ Dövlət Departamenti: “ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi qəbul etmir, bu qurumun rəhbərliyi beynəlxalq aləm və ABŞ tərəfindən tanınmır”

ABŞ Dövlət Departamenti: “ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi qəbul etmir, bu qurumun rəhbərliyi beynəlxalq aləm və ABŞ tərəfindən tanınmır”
# 28 aprel 2008 07:30 (UTC +04:00)
Yerli Ermənistan Mədəniyyət Fondu tərəfindən keçiriləcək mərasimə etiraz olaraq təşkil olunan kampaniyaya artıq ABŞ-da yaşayan minlərlə azərbaycanlı qatılıb. ABŞ Dövlət Departamentinin sözçüsü Marianne Toussaint APA-nın ABŞ bürosuna açıqlamasında Los-Ancelesdə keçirilən tədbirin özəl mərasim olduğunu bildirib: “Amerikanın xarici siyasət idarəsi Dağlıq Qarabağı tanımır. Bu qurumun rəhbərliyi nə ölkə səviyyəsində, nə də beynəlxalq aləmdə tanınmır. Amerika Birləşmiş Ştatları münaqişənin sülh yolu ilə həllində aktiv iştirak edir. ABŞ, Rusiya və Fransadan olan vasitəçilər arasında mükəmməl anlaşma var. ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi qəbul etmir, bu qurumun rəhbərliyi beynəlxalq aləm və ABŞ tərəfindən tanınmır. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağın gələcək statusunun iki tərəf arasında uzunmüddətli və davamlı sülhü təmin edəcək danışıqlar nəticəsində müəyyənləşməsini məqbul sayır. ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülh yolu ilə həlli prosesinə sadiqdir”. Mayın 2-də “Vilşher Ebell” teatrında keçiriləcək tədbirə etiraz olaraq Amerikada yaşayan soydaşlarımız “ABŞ Azərbaycanlıları Şəbəkəsi” vasitəsi ilə ölkə prezidenti Corc Buş, vitse-prezident Dik Çeyni, Kaliforniya ştatından Konqresin hər iki palatasına seçilmiş millət vəkilləri, media və adı çəkilən teatr rəhbərliyinə 6 000-ə yaxın məktub yollayıblar. APA-nın ABŞ bürosunun məlumatına görə, bu kampaniya hələ də davam etməkdədir.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Suleymanov da teatr rəhbərliyinə rəsmi müraciət edib. Amerikada yaşayan soydaşlarımızın ölkə rəsmilərinə yolladığı məktubda deyilir ki, “Artsaxın azad olunması” yalnız Xocalıda xüsusi amansızlıqla qətlə yetirilən 83 azərbaycanlı uşağın qanı hesabına həyata keçirilib. “Nüfuzlu Human Rights Watch təşkilatı 1992-ci il soyqırımını erməni qüvvələri tərəfindən bütün müharibə dövründə həyata keçirdiyi ən qəddar əməliyyat adlandırıb. Eyni zamanda bu “azadlıq” yalnız ərazinin üçdə birini formalaşdıran etnos tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı aparılan etnik təmizləmə siyasətinin qeyd olunması deməkdir”. Məktub müəllifləri “Vilşher Ebell” teatrının rəhbərliyinin diqqətinə çatdırıblar ki, “Artsaxın azad olunmasının 20-ci ildönümü” adlı anım mərasimin keçirilməsi Amerikada yaşayan hər bir azərbaycanlı üçün təhqirdir: “Bu mahiyyətcə sıravi ABŞ vətəndaşında 2001-ci il 11 sentyabr terrorist aktının ildönümünün qeyd olunması barədə xəbərin yarada biləcəyi qəzəb və hiddətlə müqayisə oluna bilər”. Qeyd edək ki, “Vilşher Ebell” teatrının rəhbərliyi yaxın günlərdə məsələ ilə bağlı məlumat yayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR