Bank Of Baku

Azərbaycan səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycan səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb
# 28 aprel 2008 08:49 (UTC +04:00)
APA-nın İran televiziyasına istinadən verdiyi məlumata görə, İran XİN-in sözcüsü Seyyid Məhəmmədəli Hüseyni ötən gün jurnalistlərə verdiyi açıqlamada bildirib ki, onlar səfirdən Rusiyadan İranın Buşəhr Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün göndərilən yükün Azərbaycan-İran sərhədində saxlanması ilə bağlı məsələnin həll edilməsində səy göstərməsini istəyiblər. Hüseyni deyib ki, İran Rusiyanın bu məsələdə öhdəliyini yerinə yetirməsini gözləyir: “Azərbaycanın isə İrana aid olan yükün gömrükdən keçməsinə şərait yaratmasını istəyirik. Azərbaycan səfirindən də bu məsələdə öz səylərini həyata keçirməsini istədik. Hesab edirik ki, yük daha tez bir zamanda İrana təhvil veriləcək. Qeyd edilən yük İranla Rusiya arasındakı əməkdaşlıq və beynəlxalq qanunlara əsasən nəql edilir və bu məsələ üçün heç bir maneə olmamalıdır”.
İran İslami Şura Məclisinin (parlament) Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Alaeddin Borucerdi isə jurnalistlərə bildirib ki, Xarici İşlər Nazirliyində Abbasəli Həsənovdan yükün İrana buraxılması tələb edilib. Onun sözlərinə görə, AES üçün göndərilən avadanlıqların nəqli rəsmi müqavilələr əsasında həyata keçirilir.
Qeyd edək ki, Rusiyadan İrana göndərilən yük martın 29-da Azərbaycan hökumətinin qərarı ilə sərhəddə saxlanılıb və Rusiyadan yük haqqında hərtərəfli məlumat tələb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR