Bank Of Baku

Təbrizin Səhənd Texniki Universitetində ali məktəbdə təhsil alan qızlara qarşı edilən zorakılıq hərəkətlərinə etiraz olaraq aksiya keçirilib

Təbrizin Səhənd Texniki Universitetində ali məktəbdə təhsil alan qızlara qarşı edilən zorakılıq hərəkətlərinə etiraz olaraq aksiya keçirilib
# 28 aprel 2008 09:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Təbrizin Səhənd Texniki Universitetinin tələbələri ali məktəbdə təhsil alan qızlara qarşı İran hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən edilən zorakılıq hərəkətlərinə etiraz olaraq aksiya keçiriblər. Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma və İnformasiya Mərkəzinin sədri Sadiq İsabəylinin APA-ya verdiyi məlumata görə, aprelin 22-də keçirilən aksiya zamanı İran təhlükəsizlik orqanının (ETTELAAT) universitetdəki şöbəsinin əməkdaşlarının qız tələbələrə qarşı əxlaqsız hərəkətlərinə etiraz edilib. Piketdə bu şəxslərin vəzifələrindən uzaqlaşdırılması tələb olunub. Aprelin 23-dən isə universitetin bir qrup tələbəsi aclıq aksiyasına başlayıb. Tələbələr universitetin rektoru və təhlükəsizlik şöbəsinin rəisinin üzr istəməsini də istəyiblər. Aksiya iştirakçıları universitetdə onlara verilən yeməkdən imtina ediblər. Artıq tələbələrdən bir neçəsi səhhətində yaranan problem üzündən xəstəxanaya yerləşdirilib. Tələbələr tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirməkdə israrlı olduqlarını da bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR