Bank Of Baku

Yan Kubiş: “Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır”

Yan Kubiş: “Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır”
# 28 aprel 2008 09:58 (UTC +04:00)
APA-nın məlumatına görə, nazirlər görüşdən sonra brifinq keçiriblər. E. Məmmədyarov görüşdə ikitərəfli münasibətlərin müzakirə edildiyini söyləyib: “Təəssüf ki, iki ölkə arasında münasibətlər lazımi səviyyədə deyil. Ümid edirik ki, bu münasibətlər inkişaf edəcək. Azərbaycanla Slovakiya arasında əməkdaşlıq üçün geniş potensial var”. E. Məmmədyarov görüşdə qonağa Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verdiyini deyib. Nazir mayın 6-da Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyini xatırladıb.
Öz növbəsində Y. Kubiş də iki ölkə arasında əlaqələri genişləndirməyin vacibliyini qeyd edib. Qonaq ölkəsinin Azərbaycanla sosial-iqtisadi, o cümlədən enerji, tikinti və digər sahələrdə əməkdaşlıq potensialının olduğunu söyləyib. Onun sözlərinə görə, bunun üçün hüquqi bazanın genişləndirilməsi vacibdir. E. Məmmədyarovdan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat aldığını qeyd edən Y. Kubiş deyib ki, bu problemin həlli zamanı Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır. Azərbaycana eyni zamanda Avropa Şurasının təmsilçisi kimi səfər etdiyini söyləyən Y. Kubiş görüşdə seçkiöncəsi vəziyyət, medianın durumu ilə bağlı müzakirələrin aparıldığını da bildirib: “Bəzi tövsiyələrimiz olub. Ümid edirik ki, seçkinin daha demokratik və şəffaf keçirilməsi üçün Azərbaycan hakimiyyəti əlindən gələni edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR