Bank Of Baku

Açıq Cəmiyyət Partiyası mayın 8-də yerləşdiyi ofisdən çıxarıla bilər

Açıq Cəmiyyət Partiyası mayın 8-də yerləşdiyi ofisdən çıxarıla bilər
# 28 aprel 2008 10:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Açıq Cəmiyyət Partiyası (ACP) Kiçik Qala küçəsi, 128 ünvanında yerləşən ofisin sahibi ilə anlaşma əldə edə bilməsə, mayın 8-də oranı tərk etməli olacaq. Bunu APA-ya açıqlamasında partiya sədrinin müavini Yaqub Abbasov deyib. O bildirib ki, mayın 8-də partiya ilə ofisin sahibi arasında bağlanmış müqavilənin müddəti başa çatır və Səbayel Rayon Məhkəməsinin qərarına uyğun olaraq ACP binadan çıxmalıdır. O, hazırda bina sahibi ilə anlaşma əldə etməyə, müqavilənin müddətini uzatmağa çalışdıqlarını söyləyib. Binada fəaliyyət göstərən “Bakı-Zaman” qəzetinin baş redaktoru Elnur Məhərrəmli isə məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etsə də, hələlik şikayətə baxılmadığını vurğulayıb: “Amma şikayətə baxılsa və iddiamız təmin olunsa belə, qərargah sahibi müqavilənin müddətini uzatmasa, buradan çıxmaq məcburiyyətindəyik”. E. Məhərrəmli qəzetin nəşri üçün bütün problemlərin həll edildiyini və mayın 1-dən nəşrə başlamaq fikrində olduqlarını açıqlayıb: “Amma mayın 8-də binadan çıxarılsaq, o zaman yenə nəşri dayandırmalı olacağıq. Buna görə də başqa bir yer axtarırıq”. O, yer ayrılması üçün “Azərbaycan” Nəşriyyatının rəhbərliyinə müraciət etdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR