Bank Of Baku

Səfər Əbiyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Səfər Əbiyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
# 28 aprel 2008 10:34 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
H. Kılıçı yeni təyinatı münasibətilə təbrik edən S. Əbiyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərindən söhbət açıb. Nazir Dağlıq Qarabağ münaqişəsi və bölgədə baş verən digər proseslər haqqında fikirlərini söyləyib. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Fahri Kır da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR