Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib
# 28 aprel 2008 13:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi üzvlərinin partiyanın rayon (şəhər) təşkilatlarında keçirilən hesabat-seçki konfransları ilə bağlı məlumatları dinlənilib. İctimai-siyasi məsələlərin müzakirəsi zamanı isə son zamanlar növbəti amnistiya aktının qəbulu və əfv fərmanının imzalanmasının vacibliyi barədə səslənən təkliflərə münasibət bildirilib və belə bir addımın humanizm prinsiplərinin təbliği baxımından müsbət olduğu qeyd edilib. BAXCP İdarə Heyəti hesab edir ki, qəbul edilən qərarlar heç bir halda dövlətin cəza siyasətinə sarsıdıcı zərbə vurmamalı, cəzasızlıq mühitinin stimullaşdırılmasına xidmət etməməli, əfv fərmanları və amnistiya aktlarının tətbiqi müstəsna xarakter daşımalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR