Bank Of Baku

AMİP-in Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı Ali Məhkəməyə etdiyi kasasiya şikayəti təmin olunmayıb

AMİP-in Bakı Şəhər İcra Hakimiyyəti  ilə bağlı Ali Məhkəməyə etdiyi kasasiya şikayəti təmin olunmayıb
# 28 aprel 2008 14:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli istiqlal Partiyasının (AMİP) Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə bağlı Ali Məhkəməyə etdiyi kasasiya şikayəti təmin olunmayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, hakim Aslan Kalabayevin sədrliyi ilə keçirilən iclasda əvvəlki məhkəmə instansiyasının qərarları qüvvədə saxlanılıb. AMİP müraciətində Səbayel Rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin qərarlarının ləğv olunması və BŞİH-in hərəkətsizliyi ilə bağlı müvafiq qərarın qəbul edilməsini xahiş edib. AMİP katibi Əli Orucov bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət olunacaq.
Qeyd edək ki, AMİP ötən il müddətində bir neçə dəfə kütləvi aksiya keçirmək üçün şəhər rəhbərliyinə müraciət etsə də, icazə verilməyib. Buna görə də AMİP BŞİH-lə bağlı məhkəməyə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR