Bank Of Baku

Yan Kubiş Azərbaycanın müxalifət partiyalarının təmsilçiləri ilə görüşüb

Yan Kubiş Azərbaycanın müxalifət partiyalarının təmsilçiləri ilə görüşüb
# 28 aprel 2008 14:53 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubiş müxalifət partiyalarının təmsilçiləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan, “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov iştirak edib. Ə. Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə ölkədə seçkiqabağı vəziyyət, mətbuatın durumu müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR