Bank Of Baku

Azərbaycan Demokratik Respublikasının süqutundan 88 il ötür

Azərbaycan Demokratik Respublikasının süqutundan 88 il ötür
# 28 aprel 2008 15:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycan Demokratik Respublikasının süqutundan 88 il ötür. APA-nın məlumatına görə, Şərqin ilk demokratik respublikası bolşevik Rusiyasının Azərbaycan ərazisini işğal etməsi nəticəsində süquta uğrayıb. Qızıl Ordu hissələrinin Bakını işğal etməsindən sonra 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə bolşeviklərin təzyiq və diqtəsi ilə Azərbaycan Demokratik Respublikasının parlamenti son iclasında müəyyən şərtlər nəzərə alınmaqla hakimiyyətin bolşeviklərə verilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycanda sovet hökumətinin qurulması Nəriman Nərimanova tapşırılıb, onun rəhbərlik etdiyi hökumətə Ə. Alimov, D. Bünyadzadə, M. Hüseynov, Ə. Qarayev, Q. Musabəyov, H. Sultanov və başqaları daxil edilib. Azərbaycanda hakimiyyətə yiyələnən bolşeviklər XI Ordu, Hərbi İnqilab Komitəsi, Xüsusi Şöbə və Azərbaycan Fövqəladə Komissiyasının (FK) silahlı qüvvələri Müsavat və ittihadçılara qarşı mübarizəyə başlayıblar, nəticədə minlərlə azərbaycanlı repressiyanın qurbanı olub. Bir neçə il bolşevik Rusiyanın tərkibində nominal dövlət kimi fəaliyyət göstərən Azərbaycan 1923-cü ildən yaradılan Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR