Bank Of Baku

ABŞ Dövlət Departamenti Rusiyanın Buşəhr AES üçün göndərdiyi yükün Azərbaycan-İran sərhədində saxlanmasına münasibət bildirib

ABŞ Dövlət Departamenti Rusiyanın Buşəhr AES üçün göndərdiyi yükün Azərbaycan-İran sərhədində saxlanmasına münasibət bildirib
# 29 aprel 2008 07:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak deyib. O bildirib ki, ABŞ iki dövlət arasında baş verənlərə qarışmasa da, məsələnin tezliklə həll olunmasının tərəfdarıdır. Ş. Makkormakın sözlərinə görə, hadisə barədə yalnız mətbuat səhifələrindən məlumat alıb və arxa planda baş verənlərdən xəbəri yoxdur.
Qeyd edək ki, Rusiyadan İrana göndərilən, İrandakı Buşəhr AES-in inşası üçün nəzərdə tutulmuş yük martın 29-da Azərbaycan-İran sərhədində saxlanılıb. Azərbaycan Dövlət Gömrük Komitəsi yükün Nazirlər Kabinetinin 42 saylı qərarı ilə təsdiqlənmiş xüsusi məhsulların siyahısına daxil olduğunu, eyni zamanda Azərbaycan Nazirlər Kabinetinin 230 saylı qərarına uyğun olaraq, həmin malların ölkədən tranzit keçməsi üçün xüsusi icazənin olmasının zəruriliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR