Bank Of Baku

Norveçin xarici işlər naziri: “Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır”

Norveçin xarici işlər naziri: “Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır”
# 29 aprel 2008 08:49 (UTC +04:00)
APA-nın məlumatına görə, nazir bildirib ki, ikitərəfli əlaqələri daha da inkişaf etdirməyin vacib olduğunu söyləyən Yonas Qahr Store iki ölkənin diplomatik akademiyalarının əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanla Norveç neft və qaz sahəsində də əməkdaşlıq edir: “Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır”. Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıda bilməmələri böyük faciədir: “İnanırıq ki, qaçqın və məcburi köçkünlər evlərinə qayıdacaqlar. Bundan sonra biz onlara humanitar yardım göstərəcəyik. Bu məsələ tezliklə həllini tapmalıdır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Yonas Qahr Store Azərbaycanda bu il keçiriləcək prezident seçkisinin beynəlxalq standartlara uyğun keçiriləcəyinə inandığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR