Bank Of Baku

Azərbaycan xarici işlər nazirinin müavini: “Rusiyanın göndərdiyi yükün İrana çatması üçün heç bir danışıq aparılmır”

Azərbaycan xarici işlər nazirinin müavini: “Rusiyanın göndərdiyi yükün İrana çatması üçün heç bir danışıq aparılmır”
# 29 aprel 2008 09:28 (UTC +04:00)
Nazir müavini deyib ki, Rusiya tərəfi Azərbaycan ərazisindən yük keçirmək istəyirsə, sonuncu istifadəçinin kim olduğunu təsdiqləyən sənədlər təqdim etməli, spesifik xarakterli olduğu üçün yükün nədən ibarət olduğunu bildirməlidir: “Bu, çox sadə məsələdir. Ancaq nədənsə bu sənədləri vermirlər, eyni zamanda mətbuat vasitəsilə bizə bəyanatlar göndərirlər ki, yükü buraxaq. Beynəlxalq qaydalar, prosedurlar var. Biz nədən bunlara göz yummalıyıq? Ortada heç bir danışıq, heç bir təmas yoxdur, nədənsə bizə heç cavab da vermirlər. Əgər Rusiyanın Bakıdakı səfirliyi Moskvadan tezliklə cavab alıb Azərbaycana versəydi, yəqin məsələ həll olunardı”. İran nümayəndəsinin hansısa formada Tehrandan xəbər göndərməsindən mətbuat vasitəsilə məlumat aldığını qeyd edən A. Əzimov bu günlərdə İranın Azərbaycandakı səfiri ilə görüşəcəklərini və ondan bilavasitə İran nümayəndəsinin Tehrandan nə çatdırmaq istədiyini öyrənəcəklərini vurğulayıb: “Ümidvarıq ki, bu məsələ normal, qaydalara uyğun olaraq, sadə dialoq vasitəsilə həll olunacaq. Kimsə Azərbaycanı İranla bu məsələ üzərində toqquşdurmaq istəyirsə, səyləri puç olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR