Bank Of Baku

Əhəd Abıyev “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə fikirlərinin təhrif olunduğunu bildirir

Əhəd Abıyev “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə fikirlərinin təhrif olunduğunu bildirir
# 29 aprel 2008 09:58 (UTC +04:00)
Bunu ölkədə seçkiqabağı növbəti təxribat kimi qiymətləndirən millət vəkili qəzeti məhkəməyə vermək istədiyini deyib: “Qəzet təkzib verməli və üzr istəməlidir. Mən azərbaycanlıyam, deməmişəm ki, Qarabağa bayrağı hansısa kürd taxacaq. Demişəm ki, hansısa kürd, ləzgi, talış vətəni olan Azərbaycan uğrunda döyüşəcək, Qarabağa bayrağı sancanlardan biri də onlardan biri olacaq”. Ə. Abıyev müxalifət liderləri haqqında kəskin tənqidi çıxış etdiyini xatırladıb: “Buna görə müxalifət mənə qarşı belə bir təxribat törədib”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə APA-ya açıqlamasında Ə. Abıyevin sözlərinin təhrif olunmadığını söyləyib: “Kasetə qulaq asmışam. Onun belə bəyanat verəcəyini gözləyirdik, ona görə müxbirə tapşırmışdım ki, kaseti saxlasın. Əhəd Abıyev məhkəməyə müraciət edə bilər. Biz də kaseti təqdim edəcəyik, heç bir problem yoxdur. Müxbir təhrifə yol verməyib. Sadəcə, bəzi şəxslərin, liderlərin barəsində səsləndirilən mətbuatda işıqlandırılması mümkün olmayan təhqiramiz ifadələr çıxarılıb, qalan fikirlər isə Əhəd Abıyevin özünə məxsusdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR