Bank Of Baku

Norveç xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsini faciə adlandırıb

Norveç xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsini faciə adlandırıb
# 29 aprel 2008 11:04 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. E. Məmmədyarov iki ölkə arasında strateji məsələlər, iqtisadiyyat və enerji sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə etdiklərini bildirib. Norveç tərəfi Dünya Ticarət Təşkilatına üzvlük məsələsində Azərbaycana hərtərəfli dəstək vəd edib. Y. Q. Storen Dağlıq Qarabağ münaqişəsini faciə adlandırıb və problemin yalnız sülh yolu ilə həllini mümkün sayıb. Azərbaycanın sürətli inkişafını, demokratiya sahəsində irəliləyişləri və həyata keçirilən islahatları qeyd edən nazir Azərbaycanda keçiriləcək prezident seçkilərinə də toxunub: “Biz qonşu ölkələrdə keçirilmiş seçkiləri izlədik və təəssüf ki, həmin seçkilər bütün Avropa standartlarına uyğun gəlmədi. Hazırda hamımızın nəzərləri Azərbaycana yönəlib və biz bu ölkədən əsl mənada demokratik seçki gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR