Bank Of Baku

Ramiz Mehdiyev: “Azərbaycan xalqı İlham Əliyevə səs verəcək”

Ramiz Mehdiyev: “Azərbaycan xalqı İlham Əliyevə səs verəcək”
# 29 aprel 2008 11:25 (UTC +04:00)
Onun sözlərinə görə, ölkədə demokratiya inkişaf edir, sabitlik Azərbaycanı inkişafa aparır: “Azərbaycanın gələcəyi sabitlikdən asılıdır. Lakin müəyyən insanlar var ki, sabitliyi pozmağa cəhd edirlər. Belələrinin qarşısı alınmalıdır”. Ermənistanda prezident seçkiləri zamanı baş verənlərin Azərbaycanda da təkrarlana biləcəyi barədə səslənən fikirlərə münasibət bildirən R. Mehdiyev qeyd edib ki, Azərbaycanda belə hadisələrin baş verməsi mümkün deyil: “Heç kimin bunu etməyə gücü çatmaz. Seçki zamanı Ermənistanda baş verənlər burada tətbiq oluna bilməz”. Azərbaycanda şəffaf, ədalətli və demokratik seçki keçiriləcəyini deyən R. Mehdiyev Azərbaycan xalqının prezident İlham Əliyevə səs verəcəyini vurğulayıb. O, kiminsə seçkidə iştirak etməsini, kiminsə boykota üstünlük verməsini isə hər kəsin şəxsi qərarı kimi dəyərləndirib: “Azərbaycanda demokratik seçki keçiriləcək, beynəlxalq təşkilatlar da bu prosesi yüksək səviyyədə müşahidə edəcək”. Müxalifətin mitinq keçirmək istəyinə münasibət bildirən R. Mehdiyev müxalifətin bu niyyətinin anlaşılmaz olduğunu söyləyib: “Bunlar nəyə görə insanların ölkədə sakit yaşayışına əngəl törətmək istəyirlər?”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR