Bank Of Baku

Sərdar Cəlaloğlu İsveçin Cənubi Qafqaz ölkələri üzrə səfiri ilə görüşüb

Sərdar Cəlaloğlu İsveçin Cənubi Qafqaz ölkələri üzrə səfiri ilə görüşüb
# 29 aprel 2008 11:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İsveç Krallığının Cənubi Qafqaz ölkələri üzrə fövqəladə və səlahiyyətli səfiri Hans Qunnar Adeni ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP qərargahında keçirilən görüşdə S. Cəlaloğlu rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı səfirə məlumat verib. Görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi durum, ölkənin beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti, qarşıdan gələn prezident seçkiləri, seçkiqabağı şərait və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR