Bank Of Baku

Azərbaycan nümayəndələri ATƏT Parlament Assambleyasının növbəti toplantısında Minsk Qrupunun həmsədri olan ölkələri tənqid edəcəklər

Azərbaycan nümayəndələri ATƏT Parlament Assambleyasının növbəti toplantısında Minsk Qrupunun həmsədri olan ölkələri tənqid edəcəklər
# 29 aprel 2008 12:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. ATƏT-in Parlament Assambleyasının növbəti toplantısında Azərbaycan nümayəndə heyətinin üzvləri Minsk Qrupunun həmsədri olan ölkələrin Ermənistana dəstək verməsini tənqid edəcək, bu qurumu ədalətli mövqe tutmağa çağıracaqlar. APA-nın məlumatına görə, bunu nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib. O bildirib ki, həmsədr ölkələrin BMT-nin Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”ə dair qətnamənin əleyhinə səs verməsi onların məsələyə qərəzli yanaşdığını ortaya qoyub: “Həmin ölkələr haqq-ədaləti müdafiə etməli, ən azı bitərəf qalmalı idilər. Amma onlar nə ədaləti müdafiə etdilər, nə də bitərəf qaldılar, birbaşa Ermənistanı dəstəklədilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR