Bank Of Baku

Sabir Rüstəmxanlı: “Prezident seçkilərində hakimiyyətin namizədinin qələbə qazanacağı daha inandırıcı görünür”

Sabir Rüstəmxanlı: “Prezident seçkilərində hakimiyyətin namizədinin qələbə qazanacağı daha inandırıcı görünür”
# 29 aprel 2008 13:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində hakimiyyətin namizədinin qələbə qazanacağı daha inandırıcı görünür. Ona görə də belə bir vəziyyətdə adım seçki bülleteninə daxil edilsin deyə seçkidə iştirakın tərəfdarı deyiləm”. APA-nın məlumatına görə, bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib. Seçkidə iştirakın partiyanın təbliğatı baxımından əhəmiyyətli olduğunu deyən S. Rüstəmxanlı əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də hakimiyyətin imkanlarının daha geniş olacağını düşünür: “Amma mən boykotun tərəfdarı deyiləm. Müxalifət öz gücünü sınamalıdır. Biz bir dəfə gücümüzü sınamışıq, indi başqaları sınasın. Bununla belə, partiyanın seçkidə öz namizədi ilə iştirak etməsi, yaxud başqa bir namizədi dəstəkləməsi barədə qərarı yoxdur. Bu məsələyə yaxın zamanlarda baxacağıq”. S. Rüstəmxanlı hesab edir ki, müxalifət o zaman qalib gələ bilər ki, xalqın ciddi dəstəyini qazansın: “Amma bunun baş tutacağı çətin görünür. Çünki xalq bir neçə dəfə müxalifət tərəfindən aldadılıb. Bu düşərgədəki parçalanmalar xalqı bezdirib. Yalançı vədlər, ümidlər müxalifətə inamı itirib. Bundan başqa, müxalifət daxilində qarşılıqlı ittihamlar hələ də davam edir. Əsas məsələlər kənara qoyularaq, xırda məsələlər ətrafında didişmələr aparılır. Xalqın dəstəyi olmadan müxalifətin qələbə qazanacağına ümid bəsləmək sadəlövhlükdür”. Partiya sədri müxalifətdə bu düşərgəni birləşdirə biləcək liderin olmadığını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR