Bank Of Baku

Ombudsman Aparatı növbəti amnistiya aktının qəbulu ilə bağlı təkliflər hazırlayıb

Ombudsman Aparatı növbəti amnistiya aktının qəbulu ilə bağlı təkliflər hazırlayıb
# 29 aprel 2008 14:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Bu il növbəti amnistiya aktının qəbul olunmasına tərəfdarıq. Artıq bununla bağlı İnsan Hüquqları üzrə Müvəkkillik öz təkliflərini hazırlayıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ombudsman Elmira Süleymanova verib. Onun sözlərinə görə, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra 8 amnistiya aktı, 44 əfv fərmanı imzalanıb. E. Süleymanova amnistiya aktının jurnalistlərə şamil edilməsi ilə bağlı məqama da münasibətini bildirib: “Amnistiya aktının jurnalistlərə şamil edilib-edilməyəcəyini demək çətindir. Hər halda amnistiya aktı qəbul olunsa, yəqin ki, bu akt bir çox sosial təbəqəyə aid insanlara şamil olunar. Digər tərəfdən artıq əfv fərmanı ilə bir neçə jurnalist azad olunub. Amnistiya maddələrə şamil edildiyindən buraya hansı maddələr düşəcəyini indidən demək olmaz”. Elmira Süleymanova Ombudsman Aparatının jurnalistlərin həbsinə etiraz etməməsi haqda fikirlərə də münasibət bildirib: “Hansısa jurnalist saxlanılanda bu problemin həllinə çalışırıq. Həm Eynulla Fətullayevlə, həm də Aqil Xəlillə ilə bağlı məsələdə respublikanın hüquq-mühafizə orqanlarına müraciət etdik. Bununla yanaşı çoxları ombudsmanın fəaliyyət istiqamətlərindən məlumatsızdır. Biz heç kimi fövqəlinsan hesab etmirik. Həbsxanalara gedərkən bütün məhbuslarla maraqlanırıq. Amma məhbuslar ya istintaqdan, ya da məhkəmə qərarından narazılıq edirlər. Lakin məhkumlar da bilməlidirlər ki, ombudsman məhkəmə qərarını dəyişə bilməz. Məhbuslar özləri məhkəmə instansiyalarına müraciət etməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR