Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları prezident seçkilərində səsvermənin monitorinqini keçirəcəklər

Ombudsman Aparatının əməkdaşları prezident seçkilərində səsvermənin monitorinqini keçirəcəklər
# 29 aprel 2008 14:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Ombudsman Aparatının əməkdaşları prezident seçkilərində səsvermənin monitorinqini keçirəcəklər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ombudsman Elmira Süleymanova məlumat verib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyasının nümayəndələri artıq Ombudsman Aparatının əməkdaşlarına treninqlər keçiblər. Müvəkkilliyin 25 əməkdaşı isə seçki günü monitorinq aparmaq üçün təlimatlandırılıb: “Şəxsən özüm Bakıda seçkiləri müşahidə edəcəyəm. Mərkəzi Seçki Komissiyası ilə bu istiqamətdə əməkdaşlıq da edəcəyik. Həm seçki komissiyasından, həm də monitorinq aparan əməkdaşlarımızdan hər saat yeni məlumatlar əldə olunacaq. Yaranan problemləri aradan qaldırmağa çalışacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR