Bank Of Baku

Azərbaycan parlamentində Heydər Əliyevin 85 illiyi ilə bağlı xüsusi iclas keçirilib

Azərbaycan parlamentində Heydər Əliyevin 85 illiyi ilə bağlı xüsusi iclas keçirilib
# 06 may 2008 14:22 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda çıxış edən parlamentin spikeri Oqtay Əsədov bildirib ki, Heydər Əliyev Azərbaycan dövləti üçün çox böyük işlər görüb: “Bunlardan ən önəmlisi düşmənin məkrli planının məhv edilməsi, ölkədə sabitliyin qorunub saxlanmasıdır. Heydər Əliyevin xidmətləri arasında Azərbaycanın güclü ordusunun yaranmasını da göstərmək lazımdır”. Deputat Abel Məhərrəmov Heydər Əliyevi böyük tarixi şəxsiyyətlərlə, o cümlədən Atatürk, Cəvahirləl Nehru, Şarl de Qolla müqayisə edib. Heydər Əliyev haqqında kitabların yazıldığını, filmlərin çəkildiyini deyən millət vəkili Səyavuş Novruzov Heydər Əliyevin böyük xidmətlərindən danışıb. Onun sözlərinə görə, Heydər Əliyev prezidentlikdən daha uca zirvədə dayanıb: “Vaxtilə Heydər Əliyevin ayağının altını qazanlar, o, çıxış edəndə ayağını yerə döyənlər bu iclasda da iştirak edirlər. Həmin şəxslər Heydər Əliyevin böyük şəxsiyyəti qarşısında baş əyirlər”. Millət vəkili Qüdrət Həsənquliyev Heydər Əliyevin böyük şəxsiyyət, cəsarətli siyasətçi olduğunu vurğulayıb: “Hətta Əbülfəz Elçibəy də Heydər Əliyevi Bakıya dəvət etməsinin səbəbini belə izah edib ki, Surət Hüseynov, Rəhim Qazıyev Azərbaycanı məhv edəcəkdilər, bu problemlərdən Azərbaycanı yalnız Heydər Əliyev xilas edə bilərdi”. Millət vəkili Zeynəb Xanlarova qeyd edib ki, vaxtilə Heydər Əliyevə xəyanət edənlər indi də vəzifədədirlər. Milli Məclisdə daha sonra “Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir” kitabının təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR