Bank Of Baku

YAP-ın təşkil etdiyi “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” adlı konfransda 30-a yaxın ölkədən nümayəndə iştirak edəcək

YAP-ın təşkil etdiyi “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” adlı konfransda 30-a yaxın ölkədən nümayəndə iştirak edəcək
# 06 may 2008 14:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yeni Azərbaycan Partiyasının (YAP) Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda sabah keçirəcəyi beynəlxalq konfransda 30-a yaxın dövlətin təmsilçisi iştirak edəcək. YAP mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransın birinci sessiyasına Almaniya Federativ Respublikasının keçmiş dövlət katibi, Alman-Azərbaycan Forumunun sədri Otto Hauser, ikinci sessiyaya Çin Xalq Respublikasının Kommunist Partiyasının beynəlxalq şöbəsinin müdiri Çen Fensyan, üçüncü sessiyaya Türkiyə Ədalət və İnkişaf Partiyasının sədr müavini, millət vəkili Haluk İpək, dördüncü sessiyaya isə Moldava Elmlər Akademiyasının prezidenti Georgie Duka sədrlik edəcək. ABŞ Demokratlar Partiyasının sədr müavini Susan Törnbul, Fransa Milli Assambleyasının üzvü Terri Mariani konfransda məruzə ilə çıxış edəcəklər. Tədbirdə həmçinin, Ukrayna, Macarıstan, Gürcüstan, Cənubi Koreya, Küveyt, Belarus, Kanada, Vyetnam, Əfqanıstan, Çexiya və digər ölkələrin təmsilçiləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR