Bank Of Baku

Bernar Fasie: “Ermənistan xarici işlər naziri danışıqlar prosesinə yeni qoşulduğundan, müəyyən məsələlərlə tanış olmasına ehtiyac var”

Bernar Fasie: “Ermənistan xarici işlər naziri danışıqlar prosesinə yeni qoşulduğundan, müəyyən məsələlərlə tanış olmasına ehtiyac var”
# 06 may 2008 16:57 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündən sonra fransalı həmsədr Bernar Fasie deyib. O, erməni nazirlə görüşdən sonra həmsədrlərin iştirakı ilə hər iki ölkənin nazirlərinin görüşünün keçiriləcəyini bildirib: “Yalnız bu görüşdən sonra hansısa nəticələr barədə nəsə demək mümkün olacaq”. Qeyd edək ki, Strasburq danışıqlarında əsasən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili və həmsədrlərin regiona səfərinin tarixi barədə müzakirələr aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR