Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyasında beynəlxalq terrorçuluq mövzusunda təlim keçirilir

Azərbaycan Diplomatik Akademiyasında beynəlxalq terrorçuluq mövzusunda təlim keçirilir
# 07 may 2008 08:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Diplomatik Akademiyasında “Beynəlxalq terrorçuluq: hədələr və cavablar. Silahlara nəzarət və silahların yayılmasının qarşısının alınması” mövzusunda dörd günlük təlim kursu keçirilir. Diplomatik Akademiyadan APA-ya verilən məlumata görə, mayın 5-də başlayan və mayın 8-nə kimi davam edəcək təlim kursunu Almaniyanın Corc Marşal Mərkəzinin və ABŞ-ın Monterrey İnstitutunun professorları keçirirlər. Təlim kursunda xarici işlər, müdafiə, milli təhlükəsizlik, fövqəladə hallar, daxili işlər nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edirlər. Kursun əsas məqsədi beynəlxalq terrorçuluq, kütləvi qırğın silahları, terrorçuluğa qarşı mübarizədə NATO-nun rolu, Azərbaycanın milli təhlükəsizlik konsepsiyası və digər mövzular barədə iştirakçılara məlumat verməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR