Bank Of Baku

Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Heydər Əliyevin 85 illiyi ilə bağlı tədbir keçirilib

Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Heydər Əliyevin 85 illiyi ilə bağlı tədbir keçirilib
# 07 may 2008 10:25 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbir təntənəli hərbi keçidlə başlayıb. Hərbi keçidi qəbul edən milli təhlükəsizlik naziri Eldar Mahmudov çıxış edərək deyib ki, Heydər Əliyevin anadan olduğu gün Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. Heydər Əliyevin Azərbaycanda təhlükəsizliyin, sabitliyin qorunması üçün gərgin və qətiyyətli fəaliyyət göstərdiyini bildirən nazir onun 25 ildən çox təhlükəsizlik orqanlarında çalışmasına və rəhbər olmasına görə iftixar hissi keçirdiklərini söyləyib. E. Mahmudov deyib ki, çağdaş dövrdə Azərbaycanın təhlükəsizlik strategiyası da H. Əliyevin adı ilə bağlıdır. Akademiyanın rəisi Ziya Yusifzadə çıxışında Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. O, H. Əliyevin Azərbaycanda təhlükəsizlik sisteminin milli əsaslarını yaratdığını vurğulayıb. Çıxışlardan sonra Akademiya üçün yazılan marş ilk dəfə səsləndirilib. Tədbir Akademiyanın “Şöhrət” muzeyində davam etdirilib. Nazir E. Mahmudovun əmri ilə H. Əliyevin 85 illik yubileyi ilə əlaqədar təltif edilən Akademiyanın bir qrup əməkdaşına və kursantına fəxri diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Daha sonra Akademiyada yubileylə bağlı elmi-praktiki konfrans keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR