Bank Of Baku

“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda konfrans təşkil olunub

“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda konfrans təşkil olunub
# 07 may 2008 10:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Milli QHT Forumunun təşəbbüsü ilə “Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, forumun Diaspora Mərkəzinin rəhbəri Rauf Zeyni bildirib ki, H. Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bütün sahələrdə inkişafa nail olub. Milli Məclisin sədri, forumun keçmiş prezidenti Azay Quliyev H. Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında gördüyü işlərdən danışıb: “1998-ci ildə “Qrant haqqında” qanunun qəbulu, QHT-in dövlət qeydiyyatına alınmasındakı proseduranın sadələşdirilməsi və digər vacib addımların atılması Heydər Əliyevin vətəndaş cəmiyyətinin inkişafında maraqlı olmasına nümunədir”. Konfransda çıxış edən digər QHT nümayəndələri də H. Əliyevin bu sahəyə diqqət yetirməsindən və onunla bağlı xatirələrindən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR