Bank Of Baku

Pakistan Senatının nümayəndə heyəti Azərbaycana gələcək

Pakistan Senatının nümayəndə heyəti Azərbaycana gələcək
# 08 may 2008 10:36 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. Mayın 17-21-də Pakistan Senatının nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Senatın xarici əlaqələr üzrə daimi komissiyasının sədri Müşahid Hüseynin başçılıq edəcəyi 10 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə 6 daimi komissiya sədri daxil olacaq. Qonaqlar Bakıda keçirəcəkləri görüşlərdə parlamentlərarası və iki ölkə arasındakı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycanın parlament nümayəndə heyəti 2006-cı ilin noyabrında Pakistanda səfərdə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR