Bank Of Baku

Milli Məclisdə Belarus parlamentinin üzvü ilə görüş keçirilib

Milli Məclisdə Belarus parlamentinin üzvü ilə görüş keçirilib
# 08 may 2008 10:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisdə Azərbaycanda səfərdə olan Belarus Assambleyası Nümayəndələr Palatasının deputatı Sergey Kamenetski ilə görüş keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə parlamentin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə Milli Məclisin qanunvericilik bazası, qəbul edilən sənədlər, parlamentin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycan-Belarus Parlamentlərarası İşçi Qrupunun sədri Ziyad Səmədzadə ölkənin iqtisadi potensialı, həyata keçirilən islahatlar, parlamentlərarası işçi qruplarının fəaliyyəti barədə danışıb. Sergey Kamenetski Bakıya Azərbaycan Heydər Əliyevin 85 illiyi ilə əlaqədar respublikada keçirilən yubiley tədbirlərində iştirak etmək məqsədi ilə gəldiyini diqqətə çatdırıb. Qonaq Azərbaycanın ona çox doğma olduğunu, Bakıda Ali Hərbi Məktəbi bitirdiyini vurğulayıb. Görüşdə Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR