Bank Of Baku

ABŞ Demokratlar Partiyasının sədr müavini Azərbaycanın Quba rayonuna səfər edib

ABŞ Demokratlar Partiyasının sədr müavini Azərbaycanın Quba rayonuna səfər edib
# 08 may 2008 10:48 (UTC +04:00)
Quba. Solmaz Mehdiyeva APA. Azərbaycanda səfərdə olan ABŞ Demokratlar Partiyasının sədr müavini Susan Törnbul Quba rayonuna gedib. APA-nın şimal bürosunun məlumatına görə, S. Törnbul rayonda yəhudilərin yaşadığı Qırmızı qəsəbədə sinaqoqlara baş çəkib, sakinlərlə görüşərək onların vəziyyəti ilə maraqlanıb. Sədr müavini daha sonra Qubada aşkarlanan kütləvi məzarlığa baş çəkib. Qonağa məzarlıqla bağlı məlumat verilib. Bildirilib ki, aşkarlanan məzarlıq ermənilərin 1918-ci ildə törətdiyi vəhşiliyin daha bir sübutudur. Qonaq rayon rəhbərliyi ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR