Bank Of Baku

Dövlət Sərhəd Xidmətində Heydər Əliyevin 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Dövlət Sərhəd Xidmətində Heydər Əliyevin 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib
# 08 may 2008 11:00 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Dövlət Sərhəd Xidmətində (DSX) Heydər Əliyevin 85 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə DSX-nin rəisi Elçin Quliyev “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin banisidir” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, Heydər Əliyev özünün nəhəng və çoxtərəfli fəaliyyəti ilə müasir Azərbaycan dövlətinin və xalqının tarixinin zirvəsinə çevrilib. E. Quliyev deyib ki, sərhəd qoşunlarının təşkili və formalaşmasında əsaslı keyfiyyət dəyişiklikləri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, onun diqqət və qayğısı sahəsində mümkün olub. Onun sözlərinə görə, Sərhəd Qoşunlarının şəxsi heyəti ölkə sərhədlərinin təhlükəsizliyinin təminatı ilə yanaşı, üzərinə düşən digər vəzifələrin öhdəsindən layiqincə gəlir. Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev isə bildirib ki, Heydər Əliyevin Sərhəd Qoşunlarının inkişaf etməsində böyük rolu olub. Sonra xidməti vəzifələrində fərqlənmiş hərbi qulluqçulara medal və rütbələr təqdim olunub, DSX tərəfindən elan olunmuş və ölkəmizin sərhədyanı rayonlarının ümumtəhsil məktəbləri şagirdlərinin iştirak etdikləri “Heydər Əliyevin vətənpərvərliyi bizim üçün örnəkdir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR