Bank Of Baku

Akif Şahbazov: “Apellyasiya şikayətimizə baxılana qədər qərargahı tərk etmək fikrimiz yoxdur ”

Akif Şahbazov: “Apellyasiya şikayətimizə baxılana qədər qərargahı tərk etmək fikrimiz yoxdur ”
# 08 may 2008 11:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyasının (ACP) yerləşdiyi qərargahın sahibi ilə bağladığı müqavilənin müddəti bu gün başa çatsa da, partiya binadan çıxmaq fikrində deyil. ACP sədri Akif Şahbazov APA-ya açıqlamasında bildirib ki, Səbayel Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib və hələlik bu müraciətə baxılmayıb. A. Şahbazov deyib ki, məhkəmənin qərarına kimi onlar həmin qərargahda fəaliyyət göstərəcəklər. Səbayel Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılsa, o zaman partiya qərargahdan çıxacaq.
Qeyd edək ki, binanın sahibi İdris Quliyev partiyanın və “Bakı-Zaman” qəzetinin binadan çıxması ilə bağlı Səbayel Rayon Məhkəməsinə müraciət edib və onun iddiası təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR