Bank Of Baku

Səməd Seyidov: “Azərbaycanda siyasi məhbusun olmadığı bəllidir”

Səməd Seyidov: “Azərbaycanda siyasi məhbusun olmadığı bəllidir”
# 08 may 2008 13:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Avropa Şurasının Azərbaycanda siyasi məhbusların olmaması ilə bağlı birmənalı mövqe nümayiş etdirməsi üçün dəfələrlə bu qurumun rəhbərliyi ilə söhbətlərimiz olub”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. Onun sözlərinə görə, Avropa Şurasında bu istiqamətində gedən proseslər nəzarətdə saxlanılır: “Azərbaycanda siyasi məhbusun olmadığı bəllidir. Amma onlar yenə də bu məsələyə ikili standartlarla yanaşacaqsa, biz də öz münasibətimizi bildirəcəyik. Yəqin ki, Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında bütün bu məsələlər qurumun növbəti dəfə diqqətinə çatdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR