Bank Of Baku

Azərbaycan parlamentinin yubiley tədbirinə xarici ölkələrin parlament rəhbərliyinin və beynəlxalq təşkilatların 200-dən artıq nümayəndəsi dəvət olunacaq

Azərbaycan parlamentinin yubiley tədbirinə xarici ölkələrin parlament rəhbərliyinin və beynəlxalq təşkilatların 200-dən artıq nümayəndəsi dəvət olunacaq
# 08 may 2008 13:41 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Məclisinin mətbuat katibi Akif Nəsirov məlumat verib. O, iyunun 16-da keçiriləcəyi gözlənilən konfransa hazırlığın artıq başladığını bildirib. A. Nəsirov Milli Məclisin 90 illiyi ilə əlaqədar “Parlament kuboku” uğrunda futbol yarışının keçiriləcəyini də deyib. Onun sözlərinə görə, 16 dövlət qurumunun iştirak edəcəyi turnirin startı mayın 11-də veriləcək. Bundan başqa, yubileylə bağlı bukletlər və parlamentin tarixindən bəhs edən film hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR