Bank Of Baku

Şuşanın işğalının ildönümünə həsr olunmuş “Xarı bülbül həsrətlə bizi gözləyir” adlı tədbir keçirib

Şuşanın işğalının ildönümünə həsr olunmuş “Xarı bülbül həsrətlə bizi gözləyir” adlı tədbir keçirib
# 08 may 2008 14:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün “Həsrət yolu” Əsir və Girovlara Yardım İctimai Birliyinin Gənclər Təşkilatı Şuşanın Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 16-cı ildönümü ilə bağlı “Xarı bülbül həsrətlə bizi gözləyir” adlı tədbir keçirib. APA-nın məlumatına görə, təşkilatın gənclər təşkilatının sədri Zərif Bağırova bildirib ki, Şuşa xəyanətin qurbanı olub. Onun sözlərinə görə, Şuşa işğalı edilən vaxt 121 nəfər itkin düşüb. Onlardan 43-nün əsir götürüldüyü isə şahid ifadələrinə əsasən müəyyənləşdirilib. Z. Bağırovanun sözlərinə görə, əsir götürülən şəxslər Ermənistanda və Azərbaycanın işğal altında olan rayonlarında saxlanılır, həmin adamların müəyyən hissəsi isə müxtəlif fiziki işlərə cəlb edilir. Şuşanın işğalı zamanı əsir götürülən Tofiq Rzayevin (Oğuz) qızı Nüşabə Rzayeva isə deyib ki, atası əsir götürüləndə yaş yarımlıq olub. Onun sözlərinə görə, Tofiq Oğuz haqqında səngər yoldaşlarından məlumat alıb: “Hesab edirəm ki, ataları əsirlikdə olan gənclərimiz erməni xislətindən qorxmayaraq, onlara qarşı mübarizə aparmalıdır”. Şuşa rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramiz Yusifovun sözlərinə görə, 1992-ci ilin əvvəllərindən başlayan hakimiyyət uğrunda mübarizə Şuşanın işğalı ilə nəticələnib. “Bundan istifadə edən ermənilər Rusiyanın köməkliyi ilə Şuşanı işğal ediblər”. Milli QHT Forumunun sədr əvəzi Rauf Zeyni bildirib ki, ərazilərin işğalı Azərbaycanı təzyiq altında saxlamaq məqsədi daşıyır. Tədbirdə Şuşanın keçmişindən və işğal vəziyyətindən bəhs edən sənədli film nümayiş olunub. Toplantıda Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bütün dövlətlərə və beynəlxalq təşkilatlara müraciət qəbul olunub. Müraciətdə beynəlxalq qurumlardan Şuşanın işğalı zamanı əsir və girov götürülənlərin taleyinə aydınlıq gətirilməsi tələb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR