Bank Of Baku

“Azadlıq” bloku: “Sərbəst toplaşma azadlığı haqqında” qanuna təklif olunan düzəlişlər bu azadlığın təmin olunması üçün zəruri hüquqi baza yaratmır

“Azadlıq” bloku: “Sərbəst toplaşma azadlığı haqqında” qanuna təklif olunan düzəlişlər bu azadlığın təmin olunması üçün zəruri hüquqi baza yaratmır
# 08 may 2008 15:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Azadlıq” bloku “Sərbəst toplaşma azadlığı haqqında” qanuna düzəlişlər edilməsi ilə bağlı bəyanatla çıxış edib. Blokun mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda Azərbaycanda sərbəst toplaşmaq azadlığının həm qanunvericilik, həm də inzibati qaydada ciddi şəkildə məhdudlaşdırıldığı, Milli Məclisə göndərilmiş layihədə hüquqi və inzibati məhdudiyyətlərin aradan qaldırılmadığı bildirilir: “Qanuna “əks toplantı” anlayışı daxil edilir, bəzi hallarda “qadağandır” sözü “qadağan edilə bilər” sözləri ilə əvəzlənir, bir sıra obyektlərin ətrafında toplantı keçirilməsinin yasaqlandığı məsafə 300 metrdən 200 və 150 metrədək azaldılır, yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün ayrılmış yerlərin siyahısının dəyişdirilə bilməsi nəzərdə tutulur, xəbərdarlığa cavab verilməsi və şikayət müddətləri dəyişdirilir. Qalan digər düzəlişlər əsasən redaktə və texniki xarakter daşıyır”. Blok hesab edir ki, mahiyyət etibarilə təklif olunan düzəlişlər prinsipial əhəmiyyət daşımır, qanunvericiliyi təkmilləşdirmir, sərbəst toplaşma azadlığının təmin olunması üçün zəruri hüquqi baza yaratmır. Buna görə də blok sərbəst toplaşma azadlığını real təmin etməyə yönələn islahatların aparılmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR