Bank Of Baku

Azərbaycanla İndoneziya arasında iki saziş imzalanıb

Azərbaycanla İndoneziya arasında iki saziş imzalanıb
# 12 may 2008 08:07 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdən sonra nazirlər iki saziş imzalayıblar. Sazişlərdən biri diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin vizadan azad olunması haqqında, digəri isə Azərbaycan və İndoneziya hökumətləri arasında iqtisadi və texniki əməkdaşlıq haqqındadır. Tərəflər iqtisadi və humanitar sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. İndoneziyalı nazir yaxın vaxtlarda Azərbaycanda səfirlik açacaqlarını bildirib. E. Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiklərinə, BMT Baş Assambleyasında münaqişəyə dair qəbul olunmuş sənədin lehinə səs verdiklərinə gönə həmkarına minnətdarlıq edib. H. Virayuda Bakıda digər rəsmi görüşlər də keçirəcək, Azərbaycan-İndoneziya biznes-forumunun açılışına qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR