Bank Of Baku

İsgəndər Həmidovun istefası qəbul edilib

İsgəndər Həmidovun istefası qəbul edilib
# 12 may 2008 08:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Böyük Məclisinin toplantısı keçirilib. AMDP-nin sədr əvəzi Oqtay Xəlillinin APA-ya verdiyi məlumata görə, mayın 11-də keçirilən toplantıda partiya sədrinin istefası, qurumun prezident seçkilərində iştirakı və ölkədəki ictimai-siyasi proseslər müzakirə olunub. İsgəndər Həmidovun AMDP sədrliyindən istefası ilə bağlı ərizəsi qəbul edilib. Partiyanın seçki prosesində fəaliyyətini Demokratik Seçki Mərkəzində (DSM) davam etdirməsi məqsədəuyğun sayılıb. Böyük Məclis seçkilərdə namizəd irəli sürməmək qərarına da gəlib. O. Xəlilli növbədənkənar qurultayın sentyabrda keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR