Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Azadlıq” blokunun tələbləri Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdə nəzərə alınmayıb”

Qulamhüseyn Əlibəyli: “Azadlıq” blokunun tələbləri Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdə nəzərə alınmayıb”
# 12 may 2008 10:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı parlamentə daxil olan layihə “Azadlıq” blokunun payızda keçiriləcək prezident seçkilərindən imtinası üçün əlavə əsaslar yaradır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, blokun tələblərinin heç biri bu dəyişiklikdə nəzərə alınmayıb, əksinə, seçki kampaniyasının müddətinin iki aya endiriləcəyi ilə bağlı ehtimallar var: “Bu, əslində seçkilər ərəfəsində kampaniyanın məhdudlaşdırılmasıdır. Prinsip etibarilə təbliğata az vaxt qalır və prezident seçkiləri bütün Azərbaycanı əhatə etdiyi üçün əksər yerlərə getmək mümkün olmayacaq, sadəcə, virtual təbliğat aparmaq mümkün olacaq”. Q. Əlibəyli bildirib ki, layihədə bloku seçkilərdə iştiraka meylləndirəcək heç bir amil yoxdur. O, situasiyanın blokda yenidən müzakirə olunacağını və müvafiq qərarın qəbul ediləcəyini deyib: “Amma mən boykot qərarının dəyişəcəyini gözləmirəm”. Q. Əlibəyli blokun tələblərinin yerinə yetirilməsi üçün kütləvi aksiyaların keçirilməsinə ehtiyac görmür: “Hakimiyyət müxalifətlə hesablaşmadığı üçün hansısa etiraz aksiyasını da məqsədəuyğun saymıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR