Bank Of Baku

AŞ PA-nın Cənubi Qafqazda mədəni irsin vəziyyətini araşdıracaq missiyasının iyun ayının sonlarında Azərbaycana səfəri gözlənilir

AŞ PA-nın Cənubi Qafqazda mədəni irsin vəziyyətini araşdıracaq missiyasının iyun ayının sonlarında Azərbaycana səfəri gözlənilir
# 12 may 2008 10:44 (UTC +04:00)
Missiyanın rəhbəri, AŞ PA-nın Mədəniyyət, Təhsil və Elm Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi, britaniyalı deputat Edvard Ohara APA-ya eksklüziv açıqlamasında bildirib ki, bu barədə AŞ PA-nın apreldə keçirilmiş yaz sessiyası zamanı Azərbaycan, Ermənistan və Gürcüstandan olan parlamentarilərlə görüşdə razılıq əldə olunub: “Əvvəl biz səfərin regional xarakterli olmasını istəyirdik, məqsədimiz eyni vaxtda həm Azərbaycana, həm Ermənistana, həm də Gürcüstana səfər etmək idi. Lakin müzakirələr zamanı belə nəticəyə gəlindi ki, bu çətin olacaq. Ona görə də ilk mərhələdə Bakı və Naxçıvana səfər etməyə qərar verdik”.
Azərbaycana gələcəkləri vaxtın dəqiqləşdirildiyini deyən məruzəçi səfərin məhz iyunun sonlarında baş tutacağına ümidvar olduğunu söyləyib: “Hazırda bununla bağlı danışıqlar aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR