Bank Of Baku

AŞ PA həmməruzəçilərinin Azərbaycana səfər proqramı açıqlanıb

AŞ PA həmməruzəçilərinin Azərbaycana səfər proqramı açıqlanıb
# 12 may 2008 10:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Mayın 17-21-də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel (Estoniya) və Yevgeniya Jivkova (Bolqarıstan) Azərbaycanda səfərdə olacaqlar. Avropa Şurasından APA-ya verilən məlumata görə, fakt-araşdırıcı adlandırılan səfərin əsas məqsədi oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərini hakimiyyətlə müzakirə etmək, demokratik institutların fəaliyyətinə dair məruzəni tamamlamaqdır. Səfər zamanı həmməruzəçiləri prezident İlham Əliyev, spiker Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, milli təhlükəsizlik nazirliyi Eldar Mahmudov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənəhov qəbul edəcək. Həmməruzəçilər müxalifət partiyaları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri ilə də görüşlər keçirəcəklər. Səfər zamanı həbsdə olan jurnalistlərlə bağlı müzakirələr də aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR