Bank Of Baku

Azərbaycan zabiti Ramil Səfərov Budapeşt həbsxanasında mütaliə ilə məşğuldur

Azərbaycan zabiti Ramil Səfərov Budapeşt həbsxanasında mütaliə ilə məşğuldur
# 12 may 2008 12:24 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Erməni zabiti Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun sağlamlıq durumu normaldır. Zabitin sabiq vəkili, hakim İkram Şirinov APA-ya bildirib ki, bu yaxınlarda onunla telefon əlaqəsi yaradıb, R. Səfərov əhvalının yaxşı olduğunu, mütaliə etdiyini bildirib. Onun sözlərinə görə, R. Səfərov hələlik ömürlük azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlayan Budapeşt Şəhər Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi haqda qərar verməyib.
Xatırladaq ki, Ramil Səfərov erməni zabiti Qurgen Markaryanı qətlə yetirməkdə günahlandırılaraq Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Budapeşt Şəhər Apellyasiya Məhkəməsi 22 fevral 2007-ci ildə hökmü qüvvədə saxlayan qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR