Bank Of Baku

ADP Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdə müxalifətin tələblərinin nəzərə alınmamasından narazıdır

ADP Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdə müxalifətin tələblərinin nəzərə alınmamasından narazıdır
# 12 may 2008 12:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Milli Məclisə daxil olmuş layihədə müxalifətin tələblərinin nəzərə alınmamasına etiraz olaraq bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda nəinki müxalifətin, ATƏT-in, Venesiya Komissiyasının və digər beynəlxalq qurumların da tövsiyələrinin nəzərə alınmadığı qeyd olunub. Bunun əksinə olaraq ADP qanun layihəsinə seçkilərin azad, bərabər, ədalətli qaydada keçirilməsini əngəlləyəcək müddəaların əlavə edildiyini bildirib: “Qanun layihəsində seçki kampaniyasının vaxtının 120 gündən 60 günə, təbliğat və təşviqat kampaniyasının isə 60 gündən 21 günə endirilməsi təklifi, dövlət KİV-ində təbliğatın yasaqlanması, küçə təbliğatın ləğv edilməsi, namizədlərin qeydiyyatının çətinləşdirilməsi, qeydə alınmış namizədlərin qeydiyyatının ləğvinin asanlaşdırılması, seçki komissiyalarının iqtidar və müxalifət arasında paritet əsasında formalaşdırılmaması və digər müddəaların qanun layihəsinə əlavəsi qarşıdan gələn prezident seçkilərinin azad, ədalətli və bərabər qaydada keçirilməsini şübhə altına alır”. ADP seçki komissiyalarını paritet əsaslarla formalaşdırılmamasını beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərin pozulması hesab edir. Partiya qanunun azad, bərabər, ədalətli və demokratik seçkilərin keçirilməsinə cavab verməyəcəyi təqdirdə prezident seçkilərinin demokratik şəkildə baş tutmamasının bütün məsuliyyətini hakimiyyət və beynəlxalq təşkilatların daşıyacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR